Rostovda ağır yol qəzası baş verdi: ölənlər var

0
387

Rostov vilayətinin Aksay rayonunun magistral yolunda iki yük maşını və minik avtomobili toqquşub.
Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib, bir yeniyetmə müxtəlif bədən xəsarətləriylə xəstəxanaya yerləşdirilib.
Bu baradə Rusiyə Daxili İşlər Nazirliyinin region üzrə baş idarəsindən məlumat verildi.
“Qəza nəticəsində minik avtomobilin sürücüsü, 1987 və 2000-ci il təvəllüdlü sərnişinlər dünyasını dəyişdi, 2011-ci il təvəllüdlü azyaşlı isə yaralanaraq xəstəxanaya yerləşdirildi” – verilən məlumatda deyilir.
Polis əməkdaşları araşdırma aparır, hadisənin səbəblərini müəyyənləşdirirlər.