Çelyabinskdə avtobus qəzaya uğradı: ölənlər var

0
219

Çelyabinskdə yük kranı və PAZ avtobusunun toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib, səkkiz nəfər yaralanıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib.
Bu barədə dövlət administrasiyasının mətbuat xidmətindən məlumat verildi.
Rusiyanın Daxili İşlər nazirliyinin bölgə nümayəndəliyinin bildirdiyinə görə, Çelyabinsk-in Leninski rayonunda bir nəfərin ölümü ilə nəticələnən qəza baş verib, zərərçəkmişlər barədə məlumatlar dəqiqləşdirilib. Rusiyanın DİN bölgədəki mətbuat mərkəzindən verilən məlumata görə, Dzerjinski və Vaqner küçələrinin kəsişməsində PAZ avtobusu ilə yük kranı toqquşdu. İlkin məlumata görə, kranın əyləc sistemi nasaz olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.