Latviya XİN: Riqa Minsk və Moskvanın inteqrasiyasından narahatdır

0
263

Latviyanın xarici işlər naziri Edgar Rinkeviç, respublikada “heç nədən və ya heç kimdən qorxmamasına” baxmayaraq, Riqanın Minskdə və Moskvanın inteqrasiyasının dərinləşməsindən narahat olduğunu bildirdi.
“Biz və belaruslu tərəfdaşlarımız Ukraynadakı vəziyyətdən narahatıq. Əlbətdə ki Rusiya-Belarus münasibətlərinin necə inkişaf etməsi məsələsindən. Xüsusilə dərin inteqrasiya məsələlərindən … Heç bir şeydən və heç kimdən qorxmuruq, yalnız bu prosesi izləyirik. Və inanırıq ki, bu proses belaruslu tərəfdaşlarımızın əlində olmalıdır” – Rinkeviç Belarusun tut.by portalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Latviya tərəfi ” iqtisadi qaydada məcburetmə tədbirlərini” görmək istəməz.
“Məcburiyyət başlayanda digər dövlətlərdə yaşananları gördük” – Latviyalı nazir əlavə edib.
Qeyd edək ki, 2018-ci ilin sonunda Minsk və Moskva problemli məsələlərin həlli və inteqrasiyanı təşviq etmək üçün işçi qrupu yaratmaq barədə razılığa gəlib. Dekabrın əvvəlinə qədər tərəflərin inteqrasiyanın inkişafı üçün fəaliyyət planı barədə razılığa gələcəyi gözlənilir.