Ukraynada saxlanılan rusiyalı dənizçilər Moskvaya gəldi.

0
339

Ukraynada saxlanılan Rusiya tankerinin heyətini daşıyan təyyarə Kişinyovdan Moskvaya eniş etdi.
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları, hərbi prokurorlar və sərhədçilər gəmidə axtarış apardılar, sənədlər, danışıqlar qeydləri və dəftərlər ələ keçirilib. Gəminin şəxsi heyəti dindirilib. Daha sonra gəmi kapitanı gəmidə axtarışın qaydalara zidd olaraq aparıldığını və dənizçilərin özləri tərəfindən heç bir qayda pozmadığını söylədi.
Axtarışlardan sonra Ukrayna Təhlükəsizlik əməkdaşları dənizçilərin tutulması üçün bir səbəb tapmadıqlarını açıqladı. Rusiya Xarici İşlər Nazirliyi, dənizçilərin Kişinyovdan vətənlərinə uçmaq üçün Moldova ilə sərhədi keçdiyini bildirib.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti “Neyma” tankerini Odessa vilayətinin İzmail limanında ələ keçirib.
Kiyevdə gəminin Kerç boğazında baş verən hadisə zamanı Ukrayna hərbi gəmilərinin keçməsinin qarşısını almaqda iştirak etdiyi bildirib.