Kalmıkiyada ağır yol qəzası baş verdi

0
4353

Rusiyanın Kalmıkiya respublikasında iki minik avtomobilinin toqquşması nəticəsində yol qəzası baş verdi.
Hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib, bir nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Kalmıkiya Daxili İşlər Nazirliyindən məlumat verildi.
Nazirlikdən verilən məlumata əsasən, “Kaspiy” magistral yolunun 166-cı kilometrində baş verib.
İlkin məlumatlara görə, “Lada Kalina” markalı minik avtomobili qarşıdan gələn “Lada Priora” markalı minik avtomobilinin yoluna çıxaraq qəza törədib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.