Estoniyalı nazir Putinin ölkəyə səfər dəvətini geri götürməyi məsləhət gördü

0
307

Estoniyanın mədəniyyət naziri Tınis Lukas, prezident Kersti Kalyulaidə, Tartu’dakı Finn-Uqor Konqresində iştirak etmək üçün Rusiya Prezidenti Vladimir Putinə göndərilmiş dəvətnaməni geri götürməyi tövsiyə etdi.
Likas bu barədə öz Facebook hesabında yazdı.
“Prezidentimizin Putinə Estoniyaya səfər dəvətini ləğv etməsinin vaxtı yaxınlaşır” – Estoniyalı Nazir Facebook-da yazdı.
Lakin qısa müddət sonra Lukas yazdığı status bilinməyən səbəbdən silib.
Qeyd edək ki, Aprelin 18-də Estoniya Prezidenti Moskvaya işgüzar səfəri zamanı Putinlə görüşüb. O, Putini 2020-ci ilin iyununda Estoniyanın Tartu şəhərində keçiriləcək Dünya Fin-Uqor Xalqları Konqresinə dəvət edib.