Medvedev İqor Krutoyu təbrik etdi

0
261

Baş nazir Dmitri Medvedev Rusiyanın Xalq Artisti İqor Krutoyu 65 yaşı münasibətilə təbrik etdi, onun melodiyaları olmadan müasir Rusiya estrada sənətini təsəvvür etmək mümkün olmadığını qeyd tdi.
Sözügedən təbrik teleqramı Kremlin rəsmi saytında dərc edilib.
“Bənzərsiz yaradıcılıq üslubu yaratmısız, bir çox populyar mahnıların müəllifi olub, milyonlarla insanın qəlbini qazandınız. Lirik melodiyalarınız olmadan müasir estrada səhnəsini təsəvvür etmək mümkün deyil. Solo proqramlarınız yalnız Rusiyada deyil, xaricdə də uğurla keçirilir.” – təbrik teleqramında deyilir.
Baş nazir sənətçinin prodüser fəaliyyətinə də böyük hörmətə layiq olduğunu qeyd etdi.