Qazaxstanda ağır yol qəzası baş verdi, 3 rusiyalı xəsarət aldı

0
221

Qazaxstanın Pavlodar vilayətində iki avtomobilin toqquşması ilə ağır yol qəzası baş verdi. Qəza naticəsində xəsarət alan 11 nəfərdən 3-ü Rusiya vətəndaşı olduğu bildirilir.
Bu barəsə respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, qurbanlardan altısı tibbi nəzarət altındadır, onlardan ikisi ambulator müalicədədir, dördü, o cümlədən bir uşaq “xüsusi diqqətə layiqdir”.