Rusiya təyyarələri Norveç üzərindən müşahidə uçuşları aparacaq

0
4448

Rusiya An-30B təyyarəsi, iyulun 29-dan avqustun 2-dək Norveç ərazisi üzərində müşahidə uçuşu həyata keçirəcək.
Bu barədə Rusiya Silahlı Qüvvələrinin “Krasnaya Zvezda” qazeti məlumat verdi.
“Açıq səma haqqında beynəlxalq müqavilənin icrası çərçivəsində, Rusiyanın An-30B müşahidə təyyarəsində Norveç ərazisi üzərində müşahidə uçuşu həyata keçirməyi planlaşdırır .” – Silahlı Qüvvələrinin “Krasnaya Zvezda” qazetində verilən məlumatda deyilir.
Qeyd edək ki, Təyyarənin maksimal uçuş məsafəsi 1.7 min kilometr olacaq.
Rusiya müşahidə təyyarəsinin Norveçlə razılaşdırılmış marşrutda uçacağını və göyərtəsində olan norveçli mütəxəssislərin müşahidə aparatlarının istifadəsini və müqavilədə göstərilən müddəalara uyğunluğunu izləyəcəkləri bildirilir.