Serbiya Rusiyadan daha yeddi hərbi helikopter gözləyir

0
334

Serbiya müqaviləyə əsasən Rusiyadan daha yeddi hərbi helikopter alacağını gözləyir. Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
Serbiya Prezidenti, Müdafiə naziri Alexander Vulin və Rusiya səfiri Aleksandr Botsan-Xarçenko ilə birlikdə Serbiyanın cənubundakı Niş şəhərindəki Miya Stanimiroviç kazarmasına baş çəkərək, Rusiyadan gələn 10 zirehli teznika ilə yaxından tanış oldu.
Vuçiç Belqrad ilə Moskva arasında hərbi-texniki əməkdaşlığın davam etdirilməsi barədə danışdı.
Dövlət başçısı, hərbi texniki yardım çərçivəsində, ilin sonuna qədər Rusiyadan daha çox tank və zirehli personal daşıyıcılarının Serbiyaya gələcəyinə dair ümidlərini ifadə etdi.