Sverdlovskda yanğın baş verdi: bir nəfər öldü

0
223

Yanğın Sverdlovsk vilayəti Revda qəsəbəsində yerləşən mis əritmə zavodunun birində baş verib. Hadisə nəticəsində bir qadın işçi dünyasının dəyişib, biri isə müxtəlif dərəcəli yanğın xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk üzrə baş idarəsindən məlumat verildi.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın oksigen kompressor sexinin yardımçı şöbəsinin ayrıca binasında olan avadanlıqlara ziyan vurub, yanğın sahəsi 25 kvadratmetr ərazini təşkil edib. 13 dəqiqə ərzində yanğınsöndürənlər yanğının öhdəsindən gəlməyə müvəffəq olub.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.