Ukrayna Rusiya ilə qazla bağlı danışıqları bərpa etmək niyyətindədir

0
267

Kiyev tezliklə Moskva ilə tranzit və qaz alışı ilə bağlı danışıqları bərpa etməyi planlaşdırır.
Bunu “RBC-Ukrayna” telekanalına verdiyi müsahibədə Ukrayna Prezidenti Vladimir Zelenski-nin Nazirlər Kabinetindəki nümayəndəsi Andrey Gerus bildirib.
“”Qazprom” və Rusiya Ukraynanın siyasi palitrası və yeni hökumət iaydın olduqda, seçkilərdən sonra danışıqları bərpa etməyə hazır idilər. Düşünürəm ki, indi hər şey başa düşüləndir.” – Andrey Gerus bildirib.
Qeyd edək ki, İyun ayının sonunda “Qazprom” un rəhbəri Aleksey Miller, şirkətin alternativ müqavilələr bağlamaq üçün Ukraynadan rəsmi təklif almadığını bildirdi.