İndoneziya səfiri Putinin ölkəyə səfərinin hazırlığı barədə danışdı

0
249

Rusiya Prezidenti Vladimir Putinin İndoneziyaya səfəri təsdiqləndi, Cakarta tarix razılığı üzərində işləyir və səfərin 2020-ci ilin əvvəlindən gec olmayaraq baş tutacağına ümid edir.
Bunu İndoneziyanın Rusiyadakı səfiri Mohamad Vahid Supriyadi deyib.
“Səfərin tarixi hələ müəyyənləşdirilməyib, çünki bu o qədər də asan deyil. Prezidentimizin andiçmə mərasimi yalnız oktyabrda olacaq. Səfərin tarixini müəyyən edirik, ancaq ziyarət təsdiqlənib” – İndoneziyanın Rusiyadakı səfiri Mohamad Vahid Supriyadi qeyd etdi.