Puşkov Pompeonun verdiyi açıqlamaya cavab verdi

0
208

Rusiyalı senator Aleksey Puşkov ABŞ dövlət katibi Mayk Pompeonun Rusiyanın Amerika seçkilərinə bir neçə dəfə müdaxilə etməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Puşkov, “Moskvaya sərf etmədiyindən”, Moskvanın əvvəlki ABŞ prezidentliyə namizədlərindən heç birini dəstəkləmədiklərini qeyd etdi.
“Pompeonun sözlərinə görə, Rusiya ABŞ seçkilərinə hətta 2008-ci ildən bəri müdaxilə edib. O Sadəcə izah etmədi – hansı tərəfdən – Obama ya da Makkeyn Romney tərəfdən? Bu şahinlərə dəstək olmaq qəribə olardı və Obamayla isə yol yoldaşı ola bilmədik. Pompeo in Wonderland” – Aleksey Puşkov Twitter-də yazdı.
Qeyd edək ki, ABŞ Rusiyanı 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə etməkdə günahlandırıb, Moskva bunu qəti şəkildə rədd edib.