Altay vilayətində yol qəzası baş verdi, ölənlər var

0
337

Altay vilayətinin Aleyski rayonunda Toyota markalı avtomobilin sürücüsü idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 2 nəfər dünyasının dəyişib, daha iki nəfər müxtəlif xəsarətlərlərlə xəstəxanaya yerləşdirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Altay vilayəti üzrə baş idarəsindən məlumat verilib.
Verilən məlumata əsasən qəza Aleysk-Bukansk magistral yolunda baş verib.
“İkin məlumata görə, 19 yaşlı sürücü avtomobilin idarəetməsini itirib, nəticədə qarşı yola çıxaraq, çevrilib. Qəza nəticəsində iki sərnişin dünyasını dəyişdi, digər sərnişin və sürücü xəstəxanaya yerləşdirildi” – Daxili İşlər Nazirliyinin Altay vilayəti üzrə baş idarəsindən verilən məlumatda deyilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.