Lavrov Malayziya Baş nazirinin VİF-2019-a gələcəyini gözləyir

0
282

Moskva, Malayziyanın Baş naziri Mahathir Məhəmmədin Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumuna səfərini gözləyir.
Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Malayziyalı həmkarı ilə görüşü zamanı bildirdi.
“Biz münasibətlərimizi yüksək qiymətləndiririk, cənab nazir. Rusiya Prezidenti ilə Baş naziriniz keçən il çox yaxşı bir görüş keçirib. Baş nazir Mahathir Məhəmmədin sentyabr ayında Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumuna gəlişini gözləyirik” – Lavrov qeyd etdi.
“Biz onu qəbul etməkdən çox məmnun olarıq və nümayəndə heyətində siz də olsanız, Xarici İşlər Nazirliyinin nümayəndələri olaraq bizim üçün daha da xoş olar” – Rusiyalı nazir əlavə etdi.