Lavrov Türkiyənin xarici işlər naziri ilə bir araya gəldi

0
258

Rusiya Xarici İşlər Nazirləri Sergey Lavrov Bankokda türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüş zamanı Suriyada terrorla mübarizə və siyasi nizamlanma istiqamətində hərəkətlərin koordinasiyasının gücləndirilməsini müzakirə etdi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verildi.
“Terrorizmlə mübarizə baxımından Suriyadakı vəziyyətlə əlaqələndirməni gücləndirmək, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi və Suriya Milli Dialoq Konqresinin qərarlarına əsaslanan siyasi tənzimləmə prosesini genişləndirmək tədbirləri ətraflı nəzərdən keçirildi.” – Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Bundan əlavə, Ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə Xarici İşlər Nazirliyi arasındakı mövcud əməkdaşlıq müzakirə edildi.
Qeyd edək ki, müzakirələr Malayziyanın paytaxtı Bankokda Cənub-Şərqi Asiya Millətləri Birliyi ölkələrinin xarici işlər nazirləri ilə görüşü çərçivəsində baş tutub.