Lavrov Vyetnamlı həmkarı ilə danışıqlara başladı

0
382

Rusiya xarici işlər naziri Sergey Lavrov Vyetnamın xarici işlər naziri Fam Bin Min ilə danışıqlara başladı.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
Görüş qapalı şəkildə keçirilir.
Qeyd edək ki, Lavrov 30-31 iyul tarixlərində Bangkokda rəsmi səfərdədir. Rusiyalı nazir İyulun 30-u Tailand rəhbərliyi ilə danışıqlar aparıb. Bu gün isə Cənub-Şərqi Asiya Millətləri Birliyi ölkələrinin xarici işlər nazirləri ilə görüşü planlaşdırılıb.