SSJ100 sərnişin təyyarəsi Samarada təcili eniş etdi

0
265

Krasnodardan Tumenə uçan Sukhoi Superjet 100 sərnişin təyyarəsi təcili olaraq Samarada eniş etdi. Bu barədə Kuybışev nəqliyyat prokrorluğundan məlumat verildi.
Hadisə İyulun 31-i Moskva vatı ilə 02:01-də “Kurumoç” hava limanında baş verdi.
Qəza enişinin səbəbi təyyarənin mühərrikində nasazlıq olması olduğu bildirilir.
Eniş zamanı təyyarənin göyərtəsində 97 sərnişin olub, onlardan heç biri xəsarət almayıb.
Qeyd edək ki, Sukhoi Superjet 100 təyyarəsi “Azimut” aviaşirkətinə məxsusdur.