Xarici İşlər Nazirliyi Twitter-i Suriyadakı səfirlik hesabını dərhal açmağa çağırdı

0
276

Moskva Rusiyanın Suriyadakı səfirliyinin hesabının bağlanmasını Twitter tərəfindən senzura və söz azadlığının pozulması kimi qiymətləndirir.
Bu barədə Rusiya Xarici işlər Nazirliyindən məlumat verildi.
“Dünən Rusiyanın Suriyadakı səfirliyinin rəsmi hesabı heç bir izahat olmadan bağlandı. Biz bunu senzura və sosial şəbəkə rəhbərliyi tərəfindən söz azadlığının kobud şəkildə pozulması hesab edirik.” – Xarici İşlər Nazirliyinin Twitter hesabında qeyd edildi.
Qeyd edək ki, bir müddət öncə Rusiya Federasiyasının Cənubi Afrikadakı diplomatik nümayəndəliyi Twitter mikrobloq xidmətinin Suriyadakı Rusiya səfirliyinin hesabını “Ağ dəbilqələr” təşkilatını tənqid etdiyinə görə blokladığını bildirib.