Dmitri Medvedev Yujno-Saxalinsk şəhərinə gəldi

0
347

Rusiyanın Baş naziri Dmitri Medvedev Saxalin vilayətinə işgüzar səfəri çərçivəsində Yujno-Saxalinsk şəhərinə gəldi.
Bu barədə Kremlin mətbuat mərkəzi məlumat verdi.
Rusiya hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Medvedev bölgənin müvəqqəti qubernatoru Valeri Limarenko ilə görüşəcək.
“Avqustun 2-də Saxalin vilayətində Medvedev bölgədəki sosial və infrastruktur müəssisələri və obyektləri araşdıracaq, Uzaq Şərqdəki iqtisadi mərkəzlərin sosial-iqtisadi inkişafı ilə bağlı iclas keçirəcək” – mətbuat mərkəzindən verilən məlumatda deyilir.
Qeyd edək ki, bir müddət öncə Medvedev, Uzaq Şərq Federal Dairəsinə iqtisadi artım mərkəzlərinin inkişafı üçün 15 milyard rubldan çox vəsait ayrılmasını əmr edib.