İrkutsk vilayətində ağır yol qəzası baş verdi

0
361

Rusiyanın İrkutsk vilayətində “KİA” markalı minik avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində ağır yol qəzası baş verdi. Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nədər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə baş idarəsindən məlumat verildi.
“Qəza nəticəsində minik avtomobilinin 31 yaşlı sürücüsü və avtobusun 26 yaşlı sərnişini dünyasını dəyişib. Avtobus sürücüsü də daxil olmaqla altı nəfər xəstəxanaya yerləşdirilib.” – Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə baş idarəsindən verilən məlumatda deyilir.
Qeyd edək ki, qəza avtobusun qarşı yola çıxması səbəbi ilə baş verdiyi bildirilir. Faktla bağlı Rusiya Federasiyası İstintaq Komitəsi İrkutsk vilayətinin istintaq orqanları cinayət işi açıb, araşdırma aparılır.