Kazanda terror aktı hazırlamaqda şübhəli bilinən şəxs tutuldu

0
243

Kazanın Vaxitovski Rayon Məhkəməsi, terror aktını hazırlamaqda şübhəli bilinən iki terrorçudan birini həbs etdi.
Bu barədə rayon Məhkəmsinin xüsusi nümayəndəsi məlumat verdi.
“Məhkəmə Ruslan Şamşutdinov barəsində seçilmiş həbs qətimkan tədbirini sentyabrın 29-dək müəyyənləşdirib” – rayon Məhkəmsinin xüsusi nümayəndəsi qeyd etdi.
Digər şühəlinin məhkəmə prosesi davam edir.
Qeyd edək ki, Tatarıstanda İŞİD-in iki üzvü həbs olunub. Onlar terror təşkilatlarına cəlb olunmaqda və terrorizmi təbliğ etməkdə şübhəli bilinir.