Putin və Tramp arasında telefon danışığı baş tutdu

0
236

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutdu. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verildi.
Söhbət Amerika tərəfinin təşəbbüsü ilə reallaşdı. Söhbət əsnasında Amerika lideri, meşə yanğınlarına qarşı mübarizədə Rusiyanın köməyini təklif etdi.
Rusiya prezidenti Trampa diqqətli münasibət və kömək təklifi üçün səmimi təşəkkürünü bildirdi.
Putin, zəruri hall yarandığı təqdirdə, Trampın təklifindən faydalanacağını deyərək, Sibirdə yanğınlarla mübarizə üçün güclü hava qrupu yaradıldığının söylədi.
Kremlin mətbuat xidməti qeyd edir ki, Putin Trampın bu addımını gələcəkdə iki ölkə arasında münasibətləri bərpa edə biləcəyinə zəmanət kimi qiymətləndirdi.
Bundan əlavə Putin və Tramp iki ölkə arasındakı ticarət əlaqələrini də müzakirə etdilər.