Rusiya Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin gərginləşməsindən narahatdır

0
326

Rusiya Ermənistan və Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır, Moskva hər iki ölkəni təmkinli olmağa çağırır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən həqiqətən narahatıq, nəticədə erməni əsgəri şəhid oldu, hər iki tərəfdən yaralılar var.” – Mariya Zaxarova brifinqdə qeyd etdi.
Qeyd edək ki, ötən həftə Azərbaycan və Ermənistan nümayəndələri bir-birlərini cəbhə xəttində atəşkəsi pozmaqda ittiham etdilər, Yerevan erməni hərbçisinin öldüyünü bildirdi.