Rusiya Venesuela ilə arxa planda danışıqlar aparmır

0
402

Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov Moskvanın Karakas ilə arxa planda danışıqlar aparmadığını söylədi.
“Bəzən Venesuelanın müxalif dairələrin nümayəndələri ilə məlumat mübadiləsi aparırıq, Karakasdakı qanuni hökumət bunun fərqindədir. Gizli görüşlərimiz yoxdur, pərdə arxasında heç kimlə danışıqlar aparmırıq” – Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov qeyd etdi.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Venesueladakı siyasi böhranı yalnız hökumət və müxalifət arasında birbaşa dialoq yolu ilə həll etmək lazım olduğunu söylədi.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın Limada keçirilən Venesuela ilə bağlı konfransda iştirak etməyəcəyi bildirilib.