FSB hərbi hissəyə hücumun qarşısını aldı

0
268

Vladimir bölgəsində hərbi hissəyə hücum hazırlayan terrorçu qrupun üzvləri tutuldu. Bu barədə Rusiyanın Federal Təhlükəsizlik xidməti məlumat verdi.
Əməliyyata Ryazan bölgəsindən olan hüquq mühafizə işçiləri də qatılıb.
Yaxalanan şəxslərin dəqiq sayı göstərilmir, lakin məlumdur ki, 1999-cu il təvəllüdlü yerli sakin cinayətkarları idarə edib.
Faktla bağlı “terror fəaliyyətini təşviq etmək” məqsədi ilə cinayət işi açıldı.
Qeyd edək ki, adı çəkilən maddənin maksimum müddəti ömürlük həbsdir.