Kondoliza Rays Rusiyaya qarşı yeni sanksiyalara qarşı çıxdı

0
201

ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays Rusiyaya qarşı yeni sanksiyalara qarşı çıxdı. Onun fikrincə, tezliklə məhdudlaşdırıla biləcək heç nə və hiç kim qalmayacaq.
“Əlavə sanksiyalarla bağlı problem, ilk növbədə odur ki, tezliklə məhdudlaşdırıla biləcək heç nə və hiç kim qalmayacaq, bu vacibdir. Mən Vladimir Putinə, onun çevrəsinə, Krıma qarışan hər kəsə bütün sanksiyarın yeridilməsinin tərəfdarıyam. Ancaq daha gənc, fərqli bir Rusiya var, onlar əsasən gənclərdir, lakin bəziləri yalnız övladlarını McDonald’s’a aparmaq istəyən, daha yaxşı həyat istəyən orta səviyyəli insanlardır … Buna görə ümid edirəm ki, Qərbə getmək istəyən gənclərə qarşı yeni sanksiyaları tətbiq etməyəcəyik” – ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays, Ukraynanın “Novaya qazeta” nəşrinə müsahibəsi zamanı bildirdi.