Medvedev Tokionun etirazlarını şərh etdi

0
307

Kuril adalarını ziyarət edən Rusiya rəsmilərinə qarşı Yaponiyanın etirazları Moskvanı narahat etmir. Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev bildirdi.
“Bura bizim torpaqlarımızdır, bu Rusiya Federasiyasının ərazisidir, bu adalar Saxalin vilayətinin bir hissəsidir” – Dmitri Medvedev Tokiodaki etirazları şərh edərkən bildirib.
Baş nazir Rusiya məmurlarının Kuril adalarına və Rusiya Federasiyasının digər ərazilərinə heç bir ölkə ilə razılaşdırılmadan səfər etdiklərini xatırlatdı.
Qeyd edək ki, İyulun 2-si Rusiyanın Baş naziri Dmitri Medvedev, Uzaq Şərgə işgüzar səfəri çərçivəsində İturup adasına gəldi. Bu da öz növbəsində, Tokioda etirazlara səbəb olub.