Primorsk vilayətində qəza baş verdi: 2 ölü , 4 yaralı

0
219

Rusiyanın Primorsk vilayətində avtobusun iştirakı yol qəzası baş verdi.
Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişdi, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
Bu barədə Yol polisinin Primorsk üzrə baş idarəssindən məlumat verildi.
“Naxodka-Kavalerovo magistral yolunun 14 km-də Nissan Sunny markalı avtomobilin sürücüsü qarşıdakı zolağa çıxıb və Ford markalı avtobusla toqquşub” – yol polisindən verilən məlumatda deyilir.
Toqquşma nəticəsində “Nissan” ın sürücüsü və sərnişini ölüb, avtobusun dörd sərnişini xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparlılır.