Ryabkov NATO-nun Avropada raketlərin yerləşdirilməməsi ilə bağlı açıqlamalarına münasibət bildirib

0
414

NATO-nun Avropada raketlərin yerləşdirilməməsi ilə bağlı verdiyi açıqlamalar Rusiya üçün inandırıcı deyil.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov RT kanalına açıqlamasında bildirib.
“Yalnız onu deyə bilərəm ki, biz NATO rəhbərliyinin və alyans üzvlərinin açıqlamalarını diqqətlə və ehtiyatla izləyirik. Nümayəndələrin ABŞ-ın hazırladığı zaman bu cür raketləri yerləşdirmək planları və ya niyyətləri olmadığına dair təkrar bəyanatları ilə əmin deyilik. Keçmiş təcrübədən bildiyimiz kimi, planlar kifayət qədər tez dəyişə bilər və hər hansısa bir bəhanə asanlıqla tapıla bilər” – Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd etdi.