Stavropolda ağır yol qəzası baş verdi, ölənlər var

0
269

Rusiyanın Stavropol vilayətində yük maşını ilə sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib 19 nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin Stavropol üzrə baş idarəsi məlumat verdi.
Hadisə gecə saat 02:30 radələrində Həştərxan-Elista-Stavropol magistral yolunun 420-ci kilometrliyində baş verib.
İlkin məlumatlara əsasən, Volqoqraddan Stavropol şəhərinə gedən “San Long” avtobus sürücüsü yuxuya gedib, qarşıdan gələn zolağa çıxaraq Renault markalı yük maşını ilə toqquşdu.
Avtobusda 23 nəfərin olduğu məlum olub, sürücü ölüb, yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.