Moskvanın mərkəzində güclü yanğın baş verdi

0
494

 

Rusiyanın paytaxtı Moskvada güclü yanğın baş verdi.
Şəhərin mərkəzində yerləşən köhnə istehsalat bimasında baş verən yanğın 5 min kvadratmetr ərazini əhatə edib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə baş idarəsinin mətbuat xidmətindən məlumat verildi.
“Xarici divarların dağılması təhlükəsi davam edir. 30 yanğınsöndürən texnika, 120 nəfər canlı qüvvə , 2 vertolyot hadisə yerinə cəlb edildi. Birbaşa alova 205 kubmetr su axıdıldı. Yanğının söndürülməsi zamanı yanğının qonşu binalara yayılması təhlükəsinin qarşısı alınıb. Təxirəsalınmaz əməliyyat tədbirləri sayəsində yanğın 3 saatdan sonra lokallaşdırılır. Hazırda yanğının səbəbi müəyyənləşdirilir.” – Moskva Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidmətinin rəhbəri Yuri Jukovski bildirdi.