Azərbaycanlı jurnalistə Rusiyada yüksək vəzifə verildi

0
577

Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli Rusiya telekanalına yüksək vəzifəyə təyin edildi. Belə ki, Şəhriyar İmanbəyli Rusiyanın yerli telekanallarından biri olan “Vostok” televiziyasının vitse-prezidenti vəzifəsinə  təyin olundu.
Facebook səhifəsində paylaşdığı məlumata görə o artıq yeni işinə başlayıb.
“Bu da belə… Tərkibində 4 telekanal olan “Vostok Media Holding”ə vitse prezident təyin edildim. Eyni zamanda həmin şirkətə aid və 2 milyondan çox abunəçi izləyicisi olan “Vostok” Telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcəm. Mənə bu etimadı göstərdiyi üçün “Vostok Media Holding”-in sahibi və prezidenti Valeriy İlişayevə dərin təşəkkürümü bildirirəm” – azərbaycanlı journalist qeyd etdi.
Həmyerlimizin sözlərinə görə, O, yeni zamanda həmin televiziyanın baş prodüsseri vəzifəsini də icra edəcək.
Qeyd edək ki, “Vostok” televiziyası “Vostok Media Holding”-ə daxil olan və 2 milyondan çox izləyicisi olan telekanaldır.