Ərdoğan: Rusiya və Türkiyə İdlibdə böyük bir faciənin qarşısını alıb

0
253

 

Türkiyə və Rusiya, bir çox sahədə sıx əlaqələr saxlayaraq Suriyanın nizamlanmasında böyük irəliləyişlər əldə edib və İdlibdəki humanitar faciənin qarşısını alıb.
Bunu Türkiyən prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi.
“Rusiya ilə enerjidən turizmə qədər yaxın münasibətdəyik. İlin sonuna qədər Rusiya qazının Avropaya gedəcəyi Türk Axını qaz boru kəmərinin tikintisini başa çatdıracağıq. Rusiya Federasiyası ilə birlikdə Suriyada əhəmiyyətli irəliləyişlər əldə etdik, İdlibdə böyük bir faciənin qarşısını aldıq” – Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən konfrans zamanı qeyd etdi.
Onun sözlərinə görə, Suriyada konstitusiya komitəsinin yaradılması prosesi başa çatmaq üzrədir.