ABŞ təyyarəsi Kalininqrad yaxınlığında qeydə alındı

0
304

 

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus elektron kəşfiyyat təyyarəsi Kalininqrad vilayətinin sərhədləri yaxınlığında kəşfiyyat uçuşu həyata keçirdi.
Bu barədə Plane Radar portalı məlumat verdi.
Təxminən bir saat əvvəl ABŞ Hərbi Hava Qüvvələrinin RQ-4A Global Hawk pilotsuz təyyarəsi Polşa və Litvanın hava məkanında Rusiya bölgəsinin sərhədləri boyunca uçdu.
Qeyd edək ki, son zamanlar xarici kəşfiyyat təyyarələri Rusiya sərhədləri yaxınlığında daha çox qeydə alınır.