Gürcüstan Rusiya ilə sərhədə gedən yolu bağlayacaq

0
307

Tunellərin birində asfalt örtüyünün təmiri ilə əlaqədar Mtsxeta – Stepantsminda – Lars magistral yolunda qoşqu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti avqustun 7-dən 9-dək müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bu barədə Gürcüstan Regional İnkişaf Nazirliyi Yol İdarəsinin mətbuat xidmətindən məlumat verildi.
“Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun 94-cü kilometrliyində yerləşən tuneldə asfalt örtüyünün bərpası planlaşdırılır, buna görə də qeyd olunan hissədə avqustun 7, 8 və 9-u saat 09: 00-dan 18:00-dək qoşqu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulacaq” – Gürcüstanın Regional İnkişaf Nazirliyi Yol İdarəsinin mətbuat xidmətindən verilən məlumatda deyilir.
Avtomobil Yolları İdarəsindən verilən məlumatına əsasən, günün qalan hissəsi bütün nəqliyyat vasitələri üçün açıq olacaq. Tunelin təmiri zamanı avtomobillərin hərəkətinə patrul əməkdaşları nəzarət edəcək.