Rusiyada gün ərzində 67 meşə yanğını aradan qaldırıldı

0
382

Rusiyada son bir gündə 67 təbii yanğın aradan qaldırıldı.
Bu barədə Federal Aviasiya Mühafizəsinin mətbuat xidməti məlumat yayıb.
“Regional meşə nəzarəti xidmətlərinin məlumatına əsasən, ötən gün, 5 avqust tarixində Rusiyada 4664 hektar ərazidə 67 meşə yanğını aradan qaldırıldı” – mətbuat xidmətindən verilən məlumatda deyilir.
Bildirilir ki, 6 avqust saat 00: 00-da Rusiya ərazisində 161 meşə yanğını qeydə alınıb.