Dmitri Medvedev Kuril adalarında biznesi aktivləşdirməyi tapşırdı

0
245

Rusiyanın baş naziri Dmitri Medvedev Kuril adalarında biznesin inkişafı üçün tədbirlər planı hazırlamağı tapşırıb.
“Rusiyanın Maliyyə Nazirliyinə: Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Rusiyanın Şərq İnkişaf Nazirliyi, Saxalin vilayətinin hökuməti ilə birlikdə Kuril adalarında biznesin inkişafı üçün xüsusi vasitələr yaradılsın, o cümlədən vergi güzəştləri ilə bağlı təkliflərini təqdim edilsin” – Rusiyanın baş naziri Dmitri Medvedevin taöşırığında deyilir.
Sözügedən tapşırıq Kremlin rəsmi saytında dərc edilib.
Qeyd edək ki, bir müddət öncə Dmitri Medvedev Kuril adalarında prioritet inkişaf ərazisinin yaradılması ilə əlaqədar, normal turizm infrastrukturunun yaradılacağına ümid etdiyini bildirib.