Novorossiyskda dəhşətli yol qəzası: 44 nəfər xəstəxanaya yerləşdirildi

0
195

 

Novorossiysk yaxınlığında sərnişin avtobusunun və minik avtomobilin uçurumdan düşməsi ilə dəhşətli yol qəzası baş verdi. Baş verən qəzadan sonra 44 nəfər xəstəxanaya yerləşdirildi.
Bu barədə Səhiyyə Nazirliyinin bölgə üzrə mətbuat xidmətindən məlumat verildi.
Xəstəxanaya yerləşdirilən sərnişinlərdən 13 nəfər əməliyyat olundu, onlardan 5 nəfərin vəziyyəti ağırdır.
Gün ərzində bir uşağın vertolyotla Uşaq Regional Klinik Xəstəxanaya çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Novorossiysk-Kerç Boğazı avtomobil yolunun 16-cı kilometrliyində ağır qəza baş verdi. Volkswagen Touareg markalı minik avtomobili Hyundai markalı sərnişin avtobusu ilə toqquşduqdan sonra, hündürlüyü 13 metr olan uçurumdan düşdü.