Rusiya səfirliyi Atambayeva qarşı keçirilən xüsusi əməliyyat ərazisindən yayınmağa çağırdı

0
399

 

Rusiyanın Qırğızıstandakı səfirliyi ölkə vətəndaşlarına Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin saxlanılması ilə bağlı xüsusi əməliyyat aparılan ərazidən yayınmağı tövsiyə edir.
Bu barədə Rusiyanın Qırğızıstan səfirliyinin mətbuat xidmətinin rəhbəri Viktor Xarçenko məlumat verdi.
“Bu cür hallarda, həmişə olduğu kimi, hadisə yerindən uzaq olmağı və izdihamlı yerlərdən yayınmağı tövsiyyə edirik” – Rusiyanın Qırğızıstan səfirliyinin mətbuat xidmətinin rəhbəri Viktor Xarçenko bildirdi.
Qeyd edək ki, xüsusi xidmət orqanları, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin tutulması məqsədilə, paytaxtdan 20 kilometr məsafədəki Koy-Taş kəndindəki iqamətgahda , əməliyyat başladıb. Atambayevin tərəfdarları cavab atəşi açıb. Nəticədə yerli jurnalist də daxil olmaqla 52 nəfər yaralanıb, bir xüsusi təyinatlı öldürülüb. Keçmiş prezidentin tutulması mümkün olmayıb.