Amerika səfirliyinin müşaviri Xarici İşlər Nazirliyinə çağırıldı

0
304

 

Amerika səfirliyinin müşaviri və elçisi Tim Riçardson Xarici İşlər Nazirliyinə çağrıldı. Ona Moskvada icazəsiz mitinq haqqında məlumatların yayımlanmasına görə xəbərdarlıq edildi.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verildi.
Bir müddət öncə, diplomatik nümayəndəliyin veb saytında və Dövlət Departamentinin Konsulluq İşləri Departamentinin Twitter hesabında, avqustun 3-də aksiyada iştirak etmək çağırışı ilə paytaxtda razılaşdırılmamış mitinqin keçirilməsi sxemi ortaya çıxıb.
Xarici İşlər Nazirliyi bunu icazəsiz aksiyada iştirak lehinə təşviq və Rusiyanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirdi.