Medvedev Avrasiya Hökumətlərarası Birliyinin iclasında iştirak edir

0
385

Qırğızıstanın Çolpan-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir. Rusiya nümayəndə heyətinə Baş nazir Dmitri Medvedev başçılıq edir.
Görüş, İssık-Kul gölünün sahilində yerləşən “Ruh Ordo” mədəniyyət mərkəzində baş tutur.Görüşdən əvvəl Qırğızıstan Prezidenti Soornbay Jeenbekov ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdü.
Zirvə görüşünə Ermənistan, Belarusiya, Qazaxıstan və Qırğızıstanın baş nazirləri də gəlib.
Qeyd edək ki, Bu il Avrasiya İqtisadi Birliyinə Ermənistan sədrlik edir.