Rusiya Kuril bölgəsində müdafiə bacarığını gücləndirməyə davam edəcək

0
419

 

Yaponiya hakimiyyəti başa düşməlidir ki, Moskva bölgədəki hərbi-siyasi vəziyyət fonunda Kuril bölgəsində müdafiəni gücləndirmək üçün planlı tədbirlər görməyə davam edəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Saxalin vilayətinin bu hissəsindəki qanuni fəaliyyətimizə qarşı bütün bu qondarma etirazlar qəbuledilməz olmaqla yanaşı, Tokio rəhbərliyinin Yaponiya-Rusiya dialoqu ətrafında sabit və xeyirxah atmosferi təmin etmək niyyəti barədə verdiyi vədlərə birbaşa ziddir.” – Zaxarova qeyd edib.