Rusiya Litvanın əsas ticarət tərəfdaşı olaraq qalır

0
242

 

Rusiya Litvanın əsas ticarət tərəfdaşı olaraq qalır, belə ki, yarım il ərzində Litvanın Rusiya Federasiyasına ixracı 2,9% , Litvaya Rusiya mallarının idxalı isə 33,1% artıb.
Bu barədə Litvanın statistika komitəsi məlumat verdi.
“Litvanın Rusiyaya ilk altı ayda ixracı 13% təşkil edib. Qonşu ölkə, respublikanın əsas ticarət tərəfdaşı olaraq qalır.” – Litva statistika komitəsindən verilən məlumatda deyilir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin, bir müddət öncə, Rusiya Federasiyasına qarşı tətbiq olunan sanksiyalara cavab olaraq tətbiq olunan ərzaq embarqosunun müddətini bir il uzatdı.