Rusiya və ABŞ sərhədçiləri 2020-ci il üçün əməkdaşlıq planını imzaladı

0
222

Rusiya və Amerika sərhədçiləri, iki ölkənin sərhəd təhlükəsizliyi sahəsində 2020-ci il üçün əməkdaşlıq planını imzalayıb.
Bu barədə Rusiyanın Şərqi Arktika bölgəsi üzrə Federal Təhlükəsizlik Xidməti sərhəd nəzarəti xidmətinin mətbuat mərkəzindəndən məlumat verildi.
“Görüşün nəticələrinə əsasən, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti qüvvələrinin Şərqi Arktika bölgəsində və ABŞ-ın 17-ci Sahil Mühafizə Dairəsində 2020-ci il üçün razılaşdırılmış əməkdaşlıq planı imzalandı” – mətbuat mərkəzindən verilən məluçatda deyilir.
Bundan əlavə, görüşdə tərəflər Berinq dənizi və Sakit okean ərazisində qeyri-qanuni balıq ovu ilə mübarizə, dənizdə birgə təlimlər keçirmə və iki ölkənin sərhəd təhlükəsizliyi sahəsində digər məsələləri də müzakirə etdi.