Krasnoyarskda hərbi poliqonda yanğın baş verdi, yaralılar var

0
293

Krasnoyarskın Açinsk rayonunda yerləşən hərbi poliqonda yanğın baş verdi.
Hadisə nəticəsində 11 nəfər yaralandı.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş idarəsinin nümayəndəsi İqor Lisin məlumat verdi.
“Arsenalın yanması hələ davam edir. Alovun güclü tüstü ilə müşaiyət olunması, yanğının hələ bir müddət davam edəcəyi mənasına gəlir.” – Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş idarəsinin nümayəndəsi İqor Lisin qeyd etdi.
Məlumata əsasən hazırda yaxınlıqda yerləşən və partlayışlar nəticəsində zərər görən Kamenka kəndində tikinti qrupunun işi dayandırılıb.
İqor Lisinın sözlərinə görə, 30 nəfər müvəqqəti yerləşmə mərkəzinə köçürülüb. Müdafiə Nazirliyi “işlərin başa çatması ilə bağlı müvafiq akt” imzaladıqdan sonra sakinlər evlərinə qayıda biləcəklər.
Qeyd edək ki, Mərkəzi Hərbi Dairənin mətbuat xidmətindən verilən məlumata əsasən, Açinsk yaxınlığında ildırımın silah-sursat yeşiyini vurması nəticəsində güclü yanğın meydana gəlib. Son məlumatlara görə, 11 nəfər yaralanıb.