Kurqan vilayətində avtobus aşdı: 10 nəfər yaralandı

0
310

Rusiyanı Kurqan vilayətində sərnişin avtobusu aşıb. Hadisə nəticəsində biri uşaq olmaqla 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat mərkəzindən məlumat verildi.
“Tibb məntəqəsindən verilən məlumata əsasən 10 nəfər yaralanıb. Onlardan biri uşaqdır” –  Fövqəladə Hallar Nazirliyinin mətbuat mərkəzindən verilən məlumatda deyilir.
Qeyd edək ki, uşaq da daxil olmaqla 7 nəfər zərərçəkən mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Qalan sərnişinlər nəqliyyat vasitəsi ilə Kurtamış şəhərinə yola salınıb.