Moskvada mitinq keçirilir

0
185

Moskvanın Saxarov prospektində razılaşdırılmış mitinqdə 7 minə yaxın insan iştirak edir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
“Moskva vaxtı ilə 14:00-da razılaşdırılmış mitinqdə yeddi min iştirakçı qeydə alınıb” – barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriən məlumatda deyilir. Polis və Rusiya Qvardiyasının əsgərləri ictimai asayiş və təhlükəsizliyi təmin edir.
Qeyd edək ki, bir müddət öncə paytaxt hökuməti avqustun 10 və 11-də Akademik Saxarov prospektində hər biri 100 min nəfərə qədər olan iki mitinqin keçirilməsinə razılıq verib.