Rusiya hərbiçiləri Hələb sakinlərinə humanitar yardım çatdırdı

0
2348

Rusiya hərbi qüvvələri Suriyanın Hələb şəhərindəki Bab əl-Makam rayonunun sakinlərinə 500 qida paketindən ibarət humanitar yardım çatdırdı.
Bu barədə Suriyadaki tərəflərin barış mərkəzinin nümayəndəsi Yevgeniy Kazarin bildirdi.
“Bu gün mərkəzdən çox uzaq olmayan ən vacib ərazi seçildi. Humanitar yardımda düyü, şəkər, çay kimi qida məhsulları yer alır. Həmçinin yerli sakinlər ərəb çörəklərin də əldə etdi.” – Kazarin qeyd etdi.
Bab əl-Maqam Hələbin ən çox zərər görən bölgələrindən biridir. Terrorçular 2012-ci ilin iyulunda buranı işğal etdilər və yalnız 5 il sonra onları buradan çıxarmaq mümkün oldu. Rayon rəhbəri Mussa Məhəmməd burada tikilən binaların əksəriyyətinin yararsız olduğunu qeyd etdi və kömək üçün Rusiya hərbçilərinə təşəkkür etdi.